Yazar Aynur Talıblı Qarabağdan yazdı. QARABAĞ BU GÜN FUTBOL MEYDANINDA, SABAH DÖYÜŞ MEYDANINDA!

0

QARABAĞ BU GÜN FUTBOL MEYDANINDA,SABAH DÖYÜŞ MEYDANINDA! Qarabağ – bizim qanayan yaramızdı! Eynən Təbriz, Kərkük kimi heç bir zaman unutmadığımız, hər zaman ürəyimizin, istəyimizin şah damarında qövr edəcək doğma məkan və həsrətlə qovuşacağımız günü gözlədiyimiz vətən torpağımızdır. Hər kəsə məlumdur ki, biz “Qarabağ” adını qəlb ağrısı ilə, həsrətlə yad edirdik. 30 ilə yaxındır ki, bu ad dilimizdən ürək dolusu , sevinc hissi ilə səslənmirdi, Qarabağımızı fərəhlə, qələbə ilə yad edə bilmirdik . Amma zaman keçdi və biz bu sevinci uzaq Avropadan yaşadıq. Danimarkanın paytaxtında “Qarabağ” futbol komandamızın qələbəsi ilə sevinərək ” Qarabağ qalibdir” deyə hayqırdıq, sevinc hislərimizi dilə gətirə bildik. Bu bizim çoxdan gözlədiyimiz qələbə idi.

21150176_1905245336396337_4687198851590522064_n

Əlbəttə bu, təkcə bir futbol komandasının qələbəsi deyil, bizim qürurumuzu yenidən yüksəldən, hər bir Azərbaycanlı Oğuz Türkünün dinməyən acısını azacıqda olsa dindirən bir qələbə idi. Bunu takımımızın baş məşqçisi Qurban Qurbanovun da hisslərini toplamağa çalışsada axan gözyaşlarından hiss etmək çətin deyildi. Bu bir döyüşü udmuş komandosun qələbə sevinci idi! Baş məşqçimizə və Qarabağın bütün kollektivinə Azərbaycan Türkləri adından təşəkkür edirik. Vətəndə olan və qürbətdə olan hər kəs dünən eyni uğura sevinirdi, bütün Azərbaycan Türkləri eyni sevinci yaşayırdı, dedikdə heç də ifrata varmarıq. Əllərdə Azərbaycanın üç rəngli bayrağı ilə yanaşı, qardaş Türk Cümhuriyyətinin bayrağı və qəblərdə sevinc hissi ilə bu uğuru, qələbəni qutlayırdıq. Türkiyədəki türklərdə eyni dərəcədə sevinir və bizi görən hər kəs bu sözləri deyirdi ” Qarabağ Türkündür, Türkün qalacaq!”. Həqiqətən çox qürurlandıq və ümidimiz daha da artdı. Artıq Avropa və erməni sevərlərin hər biri Azərbaycan , Qarabağ ,Türk isimlərini daim yanaşı eşitməyə alışsa yaxşı olar. Biz küllərimizdən yenidən doğuruq! Bu qələbəni bu gün futbol meydanında qazandıq. Qələbənin dadı bir kərə alındımı, insanda alışqanlıq yaradar. Necə ki, erməni quldurlarından qurtardığımız Cocuq Mərcanlıda bu duyqunu yaşadıq. Sonrada Avropada başımızı “Qarabağ”ımız ucaltdı. Bu gün futbol meydanında qazanılan qələbə sabah döyüş meydanında qazanılacaq İNŞALLAH. Biz buna inanırıq. Sabahı ümidlə gözləyirik və Türkün şanlı gücünü düşmana göstərəcəyik. Azərbaycan Türkünün şanlı bayrağını Qarabağımıza asacağımız gün üçün dualar edirik. Nə Mutlu Türküm Deyənə!

P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

AYNUR TALIBLI TARİX və MƏDƏNİYYƏT ARAŞDIRMACISI . İSTANBUL 2017

Paylaş

CEVAP VER