Söylədiyimiz sözlər həyatımıza təsir edir

0

Gündəlik işlətdiyimiz sözlərə diqqət edirikmi? Həyatımızı istifadə etdiyimiz kəlimələr idarə edir. Əgər biz kəlimələrimizə diqqət etməsək, kəlimələr bizi idarə edəcək. Enerjili olmaq da bizim əlimizdədir, gücsüz, zəif olmaq da. 

Neytral kəlimələr.

Həyatımızda işlətdiyimiz elə sözlər var ki, onun həyatımıza heç bir təsiri yoxdur. Məsələn axşam, normal, gün, sonra və s. Bu sözlər nə kefimizi korlayır, nə də ki stimul verir bizə. 

Zəiflədici kəlimələr.

Bu kəlimələr həyatımıza pis təsir edir. Bizə mənfi enerji yükləyir. Söyüşlər, qarğışlar, lənətlər və s. Məsələn  alçaq, şərəfsiz, çirkin, bacarıqsız, tənbəl bu kəlimələrdən uzaq durun. Lənət etməyin, qarğışlar tökməyin. Əslində bu sözlər sizə pislik gətirir. Unutmayın ki, pis kəlimələr sadəcə dinləyənlərin deyil, söyləyənlərin də psixologiyasına pis təsir edir. Ən pis əxlaqlı insanlar uşaq vaxtı pis sözləri  tez öyrənən, ən əxlaqlı insanlar da uşaq vaxtı pis kəlimələri ən gec öyrənənlər arasından çıxır. Zəiflədici kəlimələr işlədənlər vaxt keçdikcə özlərinə nifrət qazanrılar, onları sevilməyən, hörmət edilməyən məxluqlar halına salır.

Gücəndirici kəlimələr.

Bu kəlimələr elə gücə malikdir ki, hətta dinləyənlər sizdə sehirli bir güc olduğunu düşünür.Gücləndirici kəlimələr insana mənəvi güc, özünə inam, coşğu verir. Bu kəlimələri təkrar-təkrar söylədikcə insana güc verir. Məsələn əla, asan, həyəcan verici, qəti, qazanclı, yeni, fürsət, pulsuz, böyük, indi, sirr, uğur, cəsarət, hörmət, sevgi, kömək, sülh, yüksəlmək, əylənmək, gülmək və s. Bu kəlimələrdən istifadə edərək özünüzə güc qata bilərsiz. Gəlin özümüzə bu kəlimələrdən istifadə edərək cümlə quraq və nəticəsini görək. Özümü əla hiss edirəm. Uğur qazanmaq çox asandır. Əgər bu sözləri özünüzə çox təlqin etsəniz elə də olarsınız. Əgər edam ediləcək anda olsanız belə sevincdən coşuram sözünü çoxlu təkrar etsəniz həqiqətən sevincdən coşarsınız. Kral olsanız və özümü bərbad hiss edirəm deyə çoxlu təkrar söyləsəniz özünüzü bərbad halda hiss edəcəksiniz. Şüuraltımız bizim nəyi yalan, nəyi doğru söylədiyimizi ayırd edə bilmir. Biz nəyi çoxlu təkrar ediriksə onu doğru qəbul edir. Buna görə beyninizə yenidən diqqət edin nələr topladığınıza baxın. Pis sözləri, lazımsızları tullayın getsin. Həyatdan zövq alın, sözlərinizlə həm özünüzə, həm ətrafdakı insanlara enerji yayın. Bütün gözəlliklər sizin olsun 🙂

                                                                                                               Aişə Babayeva

CEVAP VER