Ordumuz “Ginnesin Rekordlar Kitabı”na düşən erməni əsgərini gəbərtdi…

0

Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan torpaqlarında daha bir hərbi qulluqçusunu itirib.

Moderator.az erməni KİV-ə istinadən xəbər verir ki, martın 28-də saat 13:00-da Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrin birinin döyüş postunda 1997-ci il təvəllüdlü Artak Edik Rafaelyanın meyiti tapılıb.

Qeyd edək ki, Ermənistan mətbuatı bu xəbəri xüsusi təəssüf hissi ilə yayımlayıb. Buna səbəbsə məhv edilən əsgərin Ginnesin Rekordlar Kitabına düşməsidir. Belə ki, pulemyotçu uzandığı yerdə 11011 dəfə jim etdiyi üçün Ginnesin Rekordlar Kitabına düşübmüş.O həmçinin boksla məşğul olurmuş.

Məlumatda həmçinin 20 yaşlı əsgərin aprel döyüşlərində pulemyotçu kimi iştirak etməsi və medalla da təltif olununması da qeyd olunub.

Paylaş

CEVAP VER