Kriptovalyuta mədənçiliyi sayt reklamların yerin alacaq

0

 

Kriptovalyuta2008-ci ildə bitcoinlə ortaya çıxdı, 2010-cu ildə tanındı və son 5 ildə bitcoinlə yanaşı digər kriptopullarınortaya çıxması ilə kriptovalyuta anlayışı məşhurlaşdı. Hal-hazırda kriptovalyuta birjasında yüzlərlə kriptopulçeşitləri var.

Bu gün Lamborghini maşınların bitcoinlə satışından tutundadünyada yüzminlərlə şirkət, e-ticarət, hotel-restoranlar adi valyuta ilə yanaşı bitcoinlədə xidmət göstərirlər. Bəzi dövlətlər kriptovalyutanı rəsmi olaraq tanıyıb, hətta bəziləri isə artıq öz kriptovalyutasınıçıxartmaq istəyilər.

Görünən o ki, elə dövürə gedirik ki, kriptovalyuta cibizmizdəki pulların yerin alacaq. Yəni biz bir yerdən alış-veriş edəndə o malın dəyərini kriptopullarla ödəyəcəyik

Son vaxtlar, elektronik-virtual reklamlar artıb. Artıq şirkətlər televizorlara az reklamlar verirlər. Daha çox saytlara reklam qoymağı üstünlük verirlər. Çünkü, internetin sürətlə inkişaf etdiyi vaxtda, insanlar televizora az baxılar, xüsusən də gənclər. Televizora ən çox yaşlı nəsil baxır. Həm də sayta nisbətən televizor reklamçılığı bahadır. Belə olduqda şirkətlər həm daha ucuz və həm də ən çox gənclərin daxil olduğu sayt reklamlarına üstünlük verirlər. Lakin sayt istifadəçilərin əksəriyyəti saytlarda reklamların olmasından məmnun deyilər. Çünkü, kobud  ifadə ilə onların deyimi ilə desək: “reklamlar bezdirlər”. Xüsusən video material filmlər olan saytlar, video baxmaq üçün basdıqda (tıkladıqda) reklamın gəlməsi, hətta bəzi saytlarda video baxılan anda mütəmadi reklamların gəlməsi sayt istifadəçilərin narahat edir.

Sayt sahibləri isə göstərdikləri xidmətə görə, həm hostinq-server istifadəsinə görə, həm də ki, biznes nöqteyi-nəzərdən mütləq kar etməlidirlər. Sayt sahibi də sayta yerləşdirlən reklamlara görə şirkətlərdən pul alır. Şirkətlər də günlük sayta girən-çıxan, yəni saytın baxışına görə sayta reklam qoyur və reklam dəyəri müəyyən edilir.

Bəs sayt sahibləri, saytlara reklam yerləşdirmədən həm xidmət verməsi və həm də pul qazanması mümükündür? Bəli, mümkündür. Saytlar kriptovalyuta mədənçiliyi ilə kriptovalyutamining edərək gəlir əldə edə bilər. Belə ki, sayta girən birinin kompüter, telefon, planşetinin sisteminin bir hissəsi sayt üçün və saytın istədiyi kriptovalyutanımininq edəcək. Yəni kriptovalyuta mədənçiliyi ilə kriptopul“ qazanacaq”- istesal edəcək. Bu mininqsayt açıq olduğu müddətcə olacaq, saytdan çıxdıqda isə bu mininq dayanacaq. Əgər meqa saytlardırsa öz kriptovalyutasın çıxardıb, onu da mininq edə bilər. Burda saytın seçdiyi mininq edilə biləcək hər hansı kriptovalyuta ola bilər. Belə olduqda sayta reklam yerləşdirmədən, sayt sahibi kar əldə edə biləcək.Saytdan istifadə edənlər reklamların çoxluğundan narahat olmazlar və saytdan reklamsız formada rahat istifadə edə bilərlər.

Təbii ki, burda iki problem ortaya çıxa bilər. Birinci problem kompüter, telefon, planşetlərinminiq edilə vaxt istifadəçinin materialların oğurlanmasından yaranan etibarsızlıq. İkinci problem isə sayt mininq etmək üçün kompüter, telefon, planşetlərin sistemlərin bir hissəsindən istifadə etdiyindən baş verən donma, qızma kimi hallar. Birinci problem qarşılıqlı güvən və güvənə səbəb xüsusi “anti…” kimi qoruma proqramları ilə aradan götürlə bilər. İkinci problem isə vaxt keçdicə daha güclü sistemlərin (elektronikçip, video kart və.s kimi) ortayaçıxması ilə mininq zamanı sistemə yükün az düşməsinə səbəb ola bilər.

Bəzi proqramlar var ki, saytda reklamlara mane olur. Məsələn, “Ad Blocker” kimi proqramlar. Bu da sayt sahiblərin pul itkisinə səbəb olur. Çünkü, GoogleAdsenseəsasən, Googleyerləşdiyi reklamın hər tıklanışa görə Google reklamçılığı sayt sahibinə pul ödəyir. Ad Blocker kimi reklam mane olan proqramlar saytların kriptovalyutamədənçiliyi səbəbindən ehtiyac olmayacaq.

Təbii ki, bu bir anda olmayacaq. Lakin zamanla əvvəl həm reklam və həm də kriptovalyuta mədənçiliyi karı ilə olacaq, sonradan reklamlar götürlüb, ancaq  saytlar kriptovalyuta mədənçiliyi ilə kar əldə edəcəklər. Günümüzdə bəzi saytlar var ki, istifadəçin icazəsin almadan bir başa arxa planda özünə kriptovalyutamədənçiliyi ilə kriptopulmininqedir. Lakin bəzi saytlar var ki, reklam mane olan Ad Blocker kimi proqramlar aşikar etdikdə qarşı tərəfdən icazə alaraq, qarşı tərəfin kompüter sistemin bir hissəsindən istifadə edərək özü üçün kriptovalyutamininq edir.

Təbii ki, bu istifadəçi icazə verməyədə bilər. Bu problem zamanla öz həllin tapacaq. Belə ki, sayt icazə almadan arxa planda mininq edəcək. Dahası bəlkə də mininq etdiyi kriptovalyutanın bir hissəsinistifadəçiyə verəcək. Belə olduqda saytlar arasında rəqabətin bu da başqa bir forması yarana bilər.

Necə ki, blockchain (blok zənciri) texnologiyası əksər sahələrə təsir edəcəksə, blockchaintexnologiyasın ilk “məhsulu” olan kriptovalyutada sayt reklamçılığında inqilab edəcək.

Paylaş

CEVAP VER