“Dinә inanmağın mәnası yoxdur, tәkamül nәzәriyyәsi var” deyәn alimә maraqlı elmi cavab.

0

Qərib Mürşüdov- Böyük Birtaniyada riyazi və komputer metodları ilə elektron mikroskopunda zülaların 3 ölçülü qurluşunu üzərində çalışan Azərbaycanlı alimdir. Deyir ki: ” Təkamül elmi nəzəriyyədir və özünü dəfələrlə hal hazırda biologiya səhəsində ən mükəmməl elmi nəzəriyyələrdən biri olduğunu göstərib.” dəvam edir, “Dinə inanmağın mənası yoxdur” deyir.
Bu alimə elmi cavab verəcəm. Hər nə qədər o görməsədə onu müdafiə edən dostluqumda insanlar varsa, buyursun elmi müzakiriyə hazıram. Təkamül nəzəriyyəsin müdafiə edənlər varsa yaza bilər.
Bu alimə elə molekuliyar biologiyadan yəni zülallardan yazacam. Alim iddia edir ki, canlılar dolaysı ilə zülalar Təkamüllə və təsadüfən ortaya çıxıb. Bəs elm nə deyir? özliklə molekuliyar biologiya.
400 amin turşusundan ibarət zülalın əmələ gəlmə ehtimalı 1 bölmək 10 üstü 520, 500 amin turşusundan ibarət zülalın əmələ gəlmə ehtimalı 1 bölmək 10 üstü 950 ehtimalldır. riyaziyyatda 1 bölmək 10 üstü 50 ehtimal sıfır qəbul olunur. Yəni 400 və ya 500 amin turşusundan ibarət zülalın təsadüfən öz-özünə əmələ gəlmə ehtimalı imkansızdır. Buna nə vaxt və nə də atom çatar. Beləki, kainatda 10 üstü 80 atom, təxmini kainatın ömürü 10 üstü 79 saniyədir.
Bir zülal amin turşularından ibarətdir. Təbiətdə 200 müxtəlif amin turşusu var. İki cür amin turşusu var: sol əlli yəni L amin turşusu, sağ əlli yəni D amin turşusu. Zülal ancaq sol əlli yəni L tipli amin turşusundan ibarətidir.
Bir zülalın əmələ gəlməsi üçün aşaqdakı faktorlar lazımıdır:
1. Zülalar yalnız sol əlli (L tipli) amin turşulardan ibarət olmalıdır.
2. Aralarında başqa rabitə qurula biləcəyi halda doğru rabitə olan peptid rabitə qurulmalıdır.
3. Zülalı əmələ gətirən amin turşusu doğru sayda olamlıdır, yəni bir amin turşusun çox və ya az olması o zülalı funksiyasın itirər.
4.Zülalı əmələ gətirən amin turşuları düzgün sıra ilə düzülməlidir. Yəni hər hansı amin turşuların yerin dəyişsək zülal funksiyasın itirər.
5. Zülalın əmələ gəlməsi üçün ferementlər (işçi molekular) olamlı, amma ferementlərin özü zülaldır. Paradoks. Yəni bu o deməkdir ki, hər ikisi bir anda ortaya çıxamlıdır.
6. Zülal yalnız Ribasom adlanan hüceyrə “zavodunda” istesal olunur, lakin ribasomun özü zülalardan ibarətdi. İkinci paradoks.
və.s kimi göründüyü kimi bir zülalın öz-özünə əmələ gəlmə ehtimalı sıfırdır, yəni mümkünsüzdür.
Bundan başqa Qərib Mürşüdovdan da çox böyük alimlər Allahın varlığın və yardalışı qəbul edir. Məsələn:
*Tanınmış biokimyaçı və Yan Ramsey Mərkəzinin rəhbəri Artur Pikok Rəbbinə inamı haqda belə deyir:
“Allah hər şeyi yaradır və yaradılışın hər bir anında iştirak edir. O, əbədi və əzəlidir, çünki Onun yoxluğu heç vaxt olmayıb və gələcəkdə də olmayacaq”
*Prinston Universitetinin riyaziyyat professoru Berlinski canlı orqanizmlərin təkamülə məruz qalmadıqlarına, əksinə, onların şüurlu layihənin bəhrəsi olduğuna əmindir. David Berlinskinin bu haqda söylədiklərindən bəzi nümunələri təqdim edirik:
“…Həyat kompleks quruluşa malikdir, o isə dəqiq layihə ilə yaradılır. Hətta üskük hazırlamaq üçün də şüur lazımdır. Bəs onda nə üçün mənim həyatımdakı digər şeylər başqa cür yaranmalıdır?”
“…Molekulyar biologiya bütün varlığın Allah tərəfindən yaradıldığını göstərir”
və.s kimi onlarla belə alimləri misal çəkmək olar.
Rüfet Bendaliyev

Paylaş

CEVAP VER